Bulvarda “Ayselini axtaran” şəxs Psixiatriya Xəstəxanasına salındı - Video

saytların hazırlanması

Evə çatdırılma

Bulvarda “Ayselini axtaran” şəxs Psixiatriya Xəstəxanasına salındı - Video

Sosial

13 İyun 2023 18:28 1604


Sosial şəbəkələrdə gənc oğlanın “Ayselim” deyərək qışqırması ilə bağlı görüntülər yayılıb.

Yenisabah.az xəbər verir ki, Dənizkənarı Milli Parkda qışqıraraq kənddən Aysel adlı sevdiyi qızı axtardığına görə gəldiyini deyib və xoşagəlməz ifadələr səsləndirib. Bu da ətrafdakı insanların narazılığına səbəb olub. 

Məsələ ilə bağlı Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, onlara həmin şəxslə bağlı vətəndaş müraciətləri daxil olub. Belə ki, psixoloji problemləri olan 1997-ci il təvəllüdlü M.Abbasov 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib. Sezar pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!