Bulvarda azyaşlını roliklə vurdu, cəza aldı

saytların hazırlanması

Evə çatdırılma

Bulvarda azyaşlını roliklə vurdu, cəza aldı

Hadisə

04 Fevral 2025 20:36 277


Səbail rayonu, Dənizkənarı Milli Parkın "Azneft" dairəsi yaxınlığında olan hissəsində roliklə azyaşlı vurulub.

Yenisabah.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, hadisəyə görə 2001-ci il təvəllüdlü Sabir adlı şəxs saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə cinayət işi açılıb.

İş baxılması üçün məhkəməyə göndərilib. pizza mizza

Məhkəmədə məlum olub ki, hadisə 10 iyul 2024-cü il tarixdə, təxminən axşam saat 21:00 radələrində baş verib. Belə ki, "Azneft" dairəsinə yaxın meydanda Sabir roliki arxaya hərəkət etdirərkən azyaşlı qız uşağına çırpılıb.

Nəticədə qız uzun sürən komatik vəziyyətlə müşayiət olunan kəllə beyin travması alıb.

Məhkəmənin qərarı ilə Sabirə saxlanıldığı iki gün çıxılmaqla, 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!