Bakı Bulvarında yenidən attraksionların quraşdırılması axşam saatlarında böyük sıxlıq yaradır. Lakin vətəndaşlar attraksionların ətrafında tibbi personalın və ya məntəqənin yoxluğundan narahatdırlar. Bir neçə gün öncə bir gənc attraksiondan endikdən sonra huşunu itirib və yalnız yaxınlıqdakı insanların köməyi ilə özünə gəlib.
Dənizkənarı Bulvar İdarəsinin "Yeni Sabah" verdiyi izaha əsasən, bütün texniki və təhlükəsizlik tələblərinə riayət olunur:
“Ərazidə attraksionların fəaliyyətinə nəzarət edən operator heyəti tərəfindən zəruri təhlükəsizlik və texniki xidmət təmin edilir. Marqarita pizza
Dənizkənarı Milli Park ümumilikdə ziyarətçilərin çox olduğu istiqamətlərdən biridir. Xüsusilə, yay mövsümündə və əlamətdar günlərdə bulvarın ayrı-ayrı hissələrinə gün ərzində on minlərlə insan üz tutur. Təbii ki, bu qədər insan axının olduğu məkanda zaman-zaman bu və ya digər səbəbdən narahatlıq hiss edən və tibbi yardıma ehtiyacı yaranan çoxsaylı insanlar ola bilir”.
İdarədən əlavə olunub ki, attraksionların yenidən fəaliyyəti ərazidə sıxlığın yaranmasına səbəb olub, lakin təhlükəsizlik nəzarətdədir:
“Artıq illərdir Dənizkənarı Bulvar İdarəsinin aidiyyəti struktur bölmələri, xüsusilə mühafizə xidməti bu kimi hallarda operativ yardım göstərir və zəruri hallarda Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin qaynar xəttinə müraciət edir. Bir qayda olaraq, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin heyəti 3-5 dəqiqə ərzində Bulvar ərazisinə çataraq lazımi tədbirləri görür.
Bulvar ərazisində çoxdandır gözlənilən atraksionların yenidən fəaliyyətə başlaması ilə burada insan sıxlığının olması təbii haldır. Bu ərazidə də İdarənin mühafizə xidməti 24 saat rejimdə fəaliyyət göstərir və zəruri hallarda dərhal Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti ilə əlaqə saxlayır və hadisə yerinə operativ şəkildə həkim briqadasının cəlb olunması təmin edilir”.
İdarə vətəndaşlara müraciətlə atraksionlardan istifadə etməzdən əvvəl quraşdırılmış təlimat lövhələri ilə tanış olmanın vacibliyini vurğulayıb:
“Bu lövhələr vasitəsilə sağlamlıq problemi olan şəxslərin atraksionlardan istifadə etməməsi ilə bağlı məlumatlar öz əksini tapıb. Ziyarətçilərin atraksionlardan istifadə etməzdən öncə bu təlimatlarla tanış olması tövsiyə olunur”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız