Bulvardakı “balina“ müəmması: Maket, yoxsa canlı...

saytların hazırlanması

Evə çatdırılma

Bulvardakı “balina“ müəmması: Maket, yoxsa canlı...

Hadisə

11 Noyabr 2024 11:12 3261


Bir neçə gündür dənizkənarı bulvar ərazisinə çəkildiyi deyilən görüntülər müzakirələrə səbəb olub.

Ölkə.Az xəbər verir ki, yayılan görüntülərdə Xəzər dənizində böyük balinanın olması öz əksini tapıb.

Sosial şəbəkələrdə yayılan görüntülərin xüsusi proqramlardakı effektlə yaradıldığını iddia edənlərlə yanaşı, real olduğunu deyənlər də olub. Pepperoni pizza

Daha sonra isə sözügedən balinanın sahilə çıxmasına dair görüntülər yayılıb.

Artıq yerli mütəxəssislərin balinaya baxdığı, ərazidə tədqiqat apardığı bildirilir.

Hər nə qədər görüntülər olsa da, rəsmi mənbələrdən əldə etdiyimiz məlumata görə, sahildə görülən nəhəng varlığın maket olduğu bildirilir.

Həmçinin ərazidə olan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bulvar ərazisindəki nəhəng varlıq tez-tez sulansa da, heç kim yaxına buraxılmır. Bulvar ərazisində işləyən təsərrüfat işləri ilə məşğul olan şəxslər də nəhəng varlığın maket olduğunu söyləyiblər.

2 gündür bütün ölkədə müzakirələrə səbəb olan “balina” ilə bağlı heç bir rəsmi açıqlama verilməməsi təəccüb doğurur.

Müraciət etdiyimiz rəsmi qurumların heç biri bununla bağlı mövqe bildirməyiblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!