Bum çayı üzərindəki 2 milyonluq körpü hazırdır - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bum çayı üzərindəki 2 milyonluq körpü hazırdır - Fotolar

Sosial

17 İyul 2020 11:23 1092


Qəbələdə 11 yaşayış məntəqəsini rayon mərkəzi ilə birləşdirən Bum çayı üzərində körpünün inşası yekunlaşıb. 

“Qafqazonfo” xəbər verir ki, yeni körpü 12 aşırımlı olmaqla uzunluğu 310 metr, eni isə 9 metrdir. Layihə çərçivəsində vətəndaşların körpü rahat və təhlükəsiz hərəkətinin təşkili üçün hər bir istiqamət üzrə piyada səkiləri salınıb. 

Yeni körpünün inşası, həmçinin Bum qəsəbəsindən körpüyə qədər olan yolun yenidən qurulması nəticəsində 20 min əhalinin əlavə yol qət etmədən birbaşa rayon mərkəzinə və qonşu kəndlərə rahat gediş-gəlişi təmin edəcək. pizza

Xatırladaq ki, ölkə başçısının sərəncamına əsasən, 2019-cu ildə Qəbələ rayonunun 11 min əhalinin yaşadığı və 8 yaşayış məntəqəsini birləşdirən və 18 km uzunluğa malik Nic-Mıxlıqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx avtomobil yolu yenidən qurularaq istifadəyə verilib. Təqribən 30-35 km-lik məsafənin qısaldılması məqsədi ilə sözügedən yolun rayon mərkəzindən Bum qəsəbəsinə qədər gələn avtomobil yoluna birləşdirilməsinə zərurət yaranmışdı.

 u məqsədlə ölkə prezidentinin sərəncamına uyğun olaraq, Bum çayı üzərində yeni körpünün tikintisi və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolunun bərpası üçün dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!