“Buna görə Hacıbaba Hüseynovdan halallıq istədim“ - Alim Qasımov   + Video

saytların hazırlanması

Evə çatdırılma

“Buna görə Hacıbaba Hüseynovdan halallıq istədim“ - Alim Qasımov + Video

Mədəniyyət

24 Dekabr 2021 13:03 1059


Xalq artisti Alim Qasımov "Fatehin divanı" proqramında qonaq olub.

Yenisabah.az xəbər verir ki, xanəndə mərhum Xalq artisti Hacıbaba Hüseynovla bağlı xatirəsini bölüşüb. O bildirib ki, bir vaxtlar xanəndənin gizli səsyazılarını yazıb:

"Əsəbdən olan bir iş idi. Tələbə idim, kiçiklik edirdim. Köhnə "Moskvich" avtomobil var idi. Dərsdən sonra Hacıbaba Hüseynovu otuzdurub maşına aparırdım evə. Onun dərsi bir tamaşa idi. Məndə öyrənmək qabiliyyəti çətindir. Bir mahnını öyrənəndə evdə nəvələrim, hamı öyrənir, mən qalıram. Dedim ki, səsinizi yazım, əvvəl razılaşdı. Sonra qayıtdı ki, səs yazmaq lazım deyil, öyrədirəm səni. Bütün günü yemək yeməmişdim, əsəbləşdim, bir parçadır da, imkan ver yazım öyrənim. Evdə qırmızı ip, gül və balaca mikrofon var idi. Mikrofonu sökdüm, gülün içinə saldım, iplə toxudum, qoydum baqaja. Maqnitafonda böyük. Bir-iki şunur çəkdim maşının içinə. Maşına oturanda başladım sual verməyə. O da cavablandırır, mən də sağa-sola baxıram. Hiss etdi ki, qulaq asmıram. Qayıtdı ki, birdən səsimi yazarsan. Pis hala düşdüm, dedim, nə yazmaq? 70 yaşında ondan buna görə halallıq istədim". (Axşam.az) Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!