“Bundan sonra daha diqqətli olmalıyıq” - Brilliant qalmaqallı toydan danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Bundan sonra daha diqqətli olmalıyıq” - Brilliant qalmaqallı toydan danışdı

Şou

24 Avqust 2020 15:15 1229


Prezident Aparatının keçmiş rəhbəri Ramiz Mehdiyevin nəvəsinə karantin müddətində toy mərasimi keçirməsi ölkə gündəmini zəbt edib. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Brilliant Dadaşova hər bir vətəndaşı karantin qaydalarına əməl etməyə səsləyib:

“Könül istərdi ki, belə insindent heç yaşanmayaydı. Əlbəttə ki, bu çətin situasiyada hamımız ölkə başçımıza dəstək olmalıyıq. Hamımız bir nəfər kimi çalışmalıyıq ki, verilən qərarlara riayət edək. Demək ki, bundan sonra daha da diqqətli olmalıyıq. Cənab Prezidentimizin istəyi dünyanı sarsan bu bəladan ölkəmizi  qorumaqdır. Bizim də vətəndaş borcumuz hər bir fərd kimi yalnız məsuliyyəti unutmamaqdır”.  Pepperoni pizza

Qeyd edək ki, yeni növ koronavirus infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkədə kütləvi tədbir, toy və nişan mərasimlərinin keçirilməsi qadağandır.  

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!