Dünən axşam Almaniya Bundesliqasında 30-cu turun oyunlarına start verilib.
Yenisabah.az xəbər verir ki, iyunun 5-də yalnız bir matç keçirilib. Münhenqladbax "Borussiya"sı "Frayburq"un qonağı olub. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolu 58-ci dəqiqədə Peterson rəqib komandanın qapısından keçirib. Dominos pizza
Bu qələbə ilə xalını 41-ə yüksəldən "Frayburq" turnir cədəlinin 8-ci pilləsində qərarlaşıb, Münhenqladbax təmsilçisi isə 56 xalla 4-cü pillədə qalıb.
Qeyd edək ki, siyahıya 67 xalla "Bavariya" başçılıq edir.
Telegram kanalımız