Almaniya Bundesliqasında 2019/20 mövsümünə yekun vurulub.
Yenisabah.az xəbər verir ki, son turun qarşılaşmaları eyni gündə və eyni saatda baş tutub.
Keçirilən oyunlarla "Bavariya" və Dortmund "Borussiya"sından sonra "Leypsiq" və Mönhenqladbax "Borussiya"sı müvafiq olaraq 3-4-cü yerləri tutaraq Çempionlar Liqasına vəsiqə qazanıblar. pizza hut
Son turda bir dəfə fərqlənən "Bavariya"nın hücumçusu Robert Levandovski 34 qolla mövsümü bombardir kimi tamamlayıb.
Almaniya Bundesliqası
XXXIV tur
27 iyun
"Auqsburq" - "Leypsiq" - 1:2
Varqas, 72 - Verner, 28, 82
"Borussiya" M. - "Herta" - 2:1
Hofmann, 7; Embolo, 78 - İbişeviç, 90+1
"Bayer" - "Mayns" - 1:0
Volland, 2
"Borussiya" D. - "Hoffenhaym" - 0:4
Kramariç, 8, 30, 48, 50 (pen.)
"Ayntraxt" - "Paderborn" - 3:2
Rode, 9, Silva, 33, Dost, 52 - Draqer, 55, Miçel, 75
"Frayburq" - "Şalke" - 4:0
Valdşmidt, 20, 57, Şmidt, 38; Holer, 46
"Union" - "Fortuna" - 3:0
Uya, 26; Gentner, 54, Abdullahi, 90
"Verder" - "Köln" - 6:1
Osaka, 22; Raşika, 27, Fullkruq, 29; Klaassen, 55, Osaka, 58, Sargent, 68 - Dreksler, 62
"Volfsburq" - "Bavariya" - 0:4
Koman, 4, Kuysanke, 37, Levandovski, 72 (pen.), Müller, 79
Telegram kanalımız