Müğənni-bəstəkar Rəhim Rəhimli efirlərə getməməsindən danışıb.
Yenisabah.az xəbər verir ki, Dalğa TV-də yayımlanan "Gün ortası" proqramında qonaq olan sənətçi bunun səbəbini açıqlayıb. O, sosial şəbəkələrdə haqqında yazılanların ailəsini narahat etdiyini bildirib:
"Hər efirə çıxandan sonra açıqlamalarım saytlarda, İnstaqram səhifələrində paylaşılır. İstifafəçilər həmin paylaşımın altında artıq-əskik fikirlər yazır. Bu da ailəmi narahat edir. Qardaşım dərhal zəng edir ki, hansı proqramda olmusan? İnstaqramda biri belə bir şey yazıb. Onları tapmaq çox asanddır: ya belə, ya hüquq-mühafizə orqanları tərəfindən. Anam da narahat olur. Bunların tərbiyələri haradandır? Necə tərbiyələniblər? Ona görə belə şeyi görəndə insan hər şeyə son qoyub, getmək istəyir. Sənəti sonlandırmaq istəyirsən". Dördpendirli pizza
Telegram kanalımız