“Bunu biabırçı məğlubiyyət adlandırmazdım” - Fernandu Santuş

saytların hazırlanması

Evə çatdırılma

“Bunu biabırçı məğlubiyyət adlandırmazdım” - Fernandu Santuş

İdman

14 Oktyabr 2024 23:13 1049


"Qırmızı vərəqə matçın qırılma nöqtəsi idi".

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş Bakıda Slovakiya seçməsinə 1:3 hesabı ilə uduzduqları Millətlər Liqasının qrup mərhələsinin IV tur matçından sonra mətbuat konfransında deyib.

"Bəxt amili də rəqibin tərəfində oldu. Qırmızı vərəqə matçın qırılma nöqtəsi idi. Bəzi elementləri yaxşılaşdırmalıyıq. Bunun üçün vaxt lazımdır. Məncə, hakimin qərarı da qərəzli idi. İki sarı vərəqə müzakirə mövzusu olmalıdır. Zaman lazımdır. Bunu biabırçı məğlubiyyət adlandırmazdım. Bir neçə ildən sonra komanda istənilən rəqibə qarşı normal oyun göstərə biləcək. Millidə potensial görürəm. Sadəcə, bizə vaxt lazımdır. Komandada bitiriciliklə bağlı çox böyük problemlər var. Növbəti oyunlarda ratasiya barədə düşünəcəyəm". pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!