Bir nəfər şəxs Quba Rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus pensiya kartından elektron məlumat daşıyıcılarından istifadə etməklə pul oğurlandığını bildirib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Quba Rayin Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbriləri nəticəsində oğurluğu edən şəxsin Sumqayıt şəhər sakini Teymur Məmmədov olduğu müəyyən edilib və o saxlanılıb.
Saxlanılan şəxs etdiyi əməli etiraf edib. Həmin şəxs barəsində polisin nəzarəti altına vermək qismində qətimkan tədbiri seçilib. pizza hut
Hazırda həmin şəxsin barəsində cinyət işi üzrə iptidai istindaq aparılır. T.Məmmədovun əməllərinə görə zərər çəkən şəxslərdən DİN-in “102” Xidməti Zəng Mərkəzinə zəng vuraraq məlumat vermələri və ya Quba RPŞ-yə müraciət etmələri xahiş olunur.
Telegram kanalımız