Bunu da etdilər: Ələt-Astara yolundan oğurluq 

saytların hazırlanması

Evə çatdırılma

Bunu da etdilər: Ələt-Astara yolundan oğurluq 

Kriminal

03 Fevral 2022 11:19 689


Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində mühafizə çəpərinin metal dayaqlarını oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Ələt-Astara Magistral yolunun 163-cü kilometrliyində əraziyə basdırılmış, Avtomobil Yollarının Mühafizəsi MMC-yə məxsus olan 21 ədəd dəmir dirəyin oğurlanması ilə bağlı Lənkəran ŞRPŞ-yə müraciət daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin dirəkləri oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini T.Alxasov müəyyən edilərək saxlanılıb. Oğurlanan dirəklər aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!