“Bunu əməlimlə subut edəcəyəm” – Deputatlığa namizəd

saytların hazırlanması

Evə çatdırılma

“Bunu əməlimlə subut edəcəyəm” – Deputatlığa namizəd

Siyasət

11 Dekabr 2019 12:50 1864


“Parlament seçkilərinin vaxtından əvvəl keçiriləcəyi haqda ehtimallar hələ ötən ildən səslənirdi. Bu ehtimalı dəstəkləyənlər də, inkar edənlər də çox idi. Amma seçkilər artıq təyin olunub, iddialı şəslər, təşkilatlar öz qərarlarını verməkdədirlər”.

“Yeni Sabah” xəbər verir ki, bunu siyasi ekspert Əlabbas Məhərrəmli deyib. O, bildirib ki, ilk dəfə 2015-ci ildə  keçirilmiş parlament seçkilərində 52 saylı Quba seçki dairəsindən namizədliyini irəli sürüb. 

“Mənim üçün ilk təcrübə olmasına baxmayaraq, kifayət qədər aktiv seçki kampaniyası apardım. Doğrudur, nəticə gözlədiyim kimi olmasa da, seçkidə iştirak mənə böyük təcrübə qazandırdı. Artiq səlahiyyətli nümayəndəm sənədləri DSK ya təqdim edib.  Toyuqlu pizza

Seçkidən nə gözlədiyimə gəldikdə, əlbəttə ki, qalib gəlmək iddiasındayam. Yəni seçkilərə “əsas məsələ iştirak etməkdir” prinsipi ilə qatılmıram. 

Mən namizədliyimi irəli sürəndə, bütün məqamları nəzərə almışam. Ölkə başcısı cox sürətli struktur islahatları aparır, gənclərin yüksək postlara təyinatlarını görürük və cəmiyyətində bu qərarlara müsbət reaksiyası var. Deməli xalqda, secicidə gənclərə böyük etimad göstərəcək. Onu da deyim ki, Qubada doğulub-böyümüşəm, təvözəkarlıq olmasın ailəmiz rayonun hörmətli ailələrindən biridir, rayona bağlılığım heç vaxt azalmayıb. Rayonun və seçicilərin problemlərini, onları narahat edən məsələləri həmişə diqqətdə saxlamışam, imkan daxilində kömək etməyə çalışmışam. 

İndi secilərəmsə mandatım,  səlahiyyətim olar. Mandatım olarsa secicim ilə hakimiyyət arasında körpü rolunu oynayacam. Seçicini təmsil etmək budur”. 

Parlamentin tərkibinin köklü dəyişəcəyi haqda yayılan xəbərlərə gəldikdə Ə. Məhərrəmli bildirib ki, Milli Məclisin tərkibini xalq müəyyənləşdirməlidir: “Kimlər olacaq, hansı yaşda olan namizədliklərə üstünlük veriləcək... Bunlar artıq seçicilərin qərar verəcəyi detallardır. Amma çox arzuolunandır ki, Milli Məclisdə ölkənin maraqlarını hər şeydən üstün tutan, yeni çağırışları qiymətləndirə bilən, əsas da seçiciləri ilə səmimi olan insanlar təmsil olunsunlar. Heç kəsin hüquqlarına toxunmadan deyirəm ki, mən özümü o sırada görürəm və qalib gəlmək iddiasındayam. Planlarım coxdur, Qubalılarıma xidmətdən qürur duyuram, bunu əməlimlə subut edəcəyəm”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!