Xalq artisti Zeynəb Xanlarovanın ölümü haqqında yalan məlumat yayan şəxsin kimliyi bəlli olub.
Yenisabah.az xəbər verir ki, bu haqda sənətçinin qardaşı qızı, aktrisa Mehriban Xanlarova özünün sosial şəbəkə hesabında məlumat yayıb.
Əməkdar artist ölüm xəbərini yayanın xaricdə yaşayan blogger Orxan Ağayev olduğunu bildirib: Sezar pizza
“Zeynəb Xanlarovanın haqqında təbliğat xarakterli ölüm xəbərini yayan, xaricdə yaşayan siyasi blogger Orxan Ağayevdir. Burdan üzümü tutub ona demək istəyirəm ki, xaricdə oturub arvad kimin qeybət edərək, artıq-əskik danışmağı özünə kişilik bilmə”.
Aktrisa bloggeri Bakıya təkbətək görüş üçün səsləyib:
“Cəsarətin çatırsa, gəl Bakıya mən səninlə təkbətək görüşməyə hazıram. Onda bilərik aslan kimdir, çaqqal kimdir... Buyur, səni gözləyirəm Bakıda”.
Telegram kanalımız