“Bunu təhlükə hesab edirik“ - Kreml

saytların hazırlanması

Evə çatdırılma

“Bunu təhlükə hesab edirik“ - Kreml

Dünya

05 Sentyabr 2025 11:32 390


Rusiya NATO-nun Ukraynaya qoşun yeritməsinə icazə verə bilməz və öz təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şeyi edəcək.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. 

Kreml nümayəndəsi vurğulayıb ki, bir ölkənin təhlükəsizliyini digərinə təhlükə yaratmaqla təmin etmək olmaz: "NATO-nun Ukrayna ərazisinə soxulmaq cəhdi ölkəmiz üçün təhlükə yaradır. Ona görə də biz xarici silahlı qüvvələrin, NATO silahlı qüvvələrinin Ukrayna torpaqlarında, sərhədlərimizin yaxınlığında olmasını təhlükə hesab edirik. pizza hut

"Bu, bizim üçün təhlükədir, çünki NATO Rusiyanı düşmən hesab edir. Bu, onların sənədlərində öz əksini tapıb. Biz buna yol verə bilmərik. Və təhlükəsizliyimizi təmin etmək üçün lazım olan hər şeyi edəcəyik.

Beləliklə, bizim anlayışımıza görə, bu, münaqişənin həllinə yaxınlaşmağa kömək etməyəcək"./"Unikal"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!