Burak Yılmaz Çin xalqından üzr istədi

saytların hazırlanması

Evə çatdırılma

Burak Yılmaz Çin xalqından üzr istədi

İdman

28 Aprel 2020 17:57 1094


Türkiyə millisinin və "Beşiktaş" klubunun futbolçusu Burak Yılmazın Çin haqda dediyi sözlər səs-küysüz ötüşməmişdi.

Yenisabah.az xəbər verir ki, 35 yaşlı hücumçunun "Çindən hələ çox xəstəliklər gələcək" fikri bu ölkədə ciddi narazılıq yaradıb. Çin mətbuatı Burakı nankorluqda suçlayıb.

Təcrübəli forvard məsələyə münasibət bildirib: "Yedikləri yeməklərin mədəniyyətlərindən gələn vərdiş olduğunu, bunun onlar üçün normal qəbul olunduğunu söylədim. Bu səbəbdən, digər ölkələrə nisbətən xəstəliyin yaranma ehtimalını dilə gətirdim. İstəmədən də olsa, qəlblərinə toxunduğum üçün Çin xalqından, dostlarımdan üzr istəyirəm".  pizza hut

Qeyd edək ki, Burak Yılmaz karyerası ərzində Türkiyədə "Fənərbağça", "Trabzonspor" və "Qalatasaray" klublarının da formasını geyinib. O, 2016/2017 mövsümündə Çinin "Beytszin Qoan" klubunda çıxış edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!