Burak Yılmaz karyerasını bitirdi

saytların hazırlanması

Evə çatdırılma

Burak Yılmaz karyerasını bitirdi

İdman

05 İyun 2023 20:44 1191


Türkiyə millisinin sabiq futbolçusu Burak Yılmaz peşəkar karyerasını başa vurub.

Yenisabah.az xəbər verir ki, 38 yaşlı hücumçu bu barədə keçirdiyi mətbuat konfransında bildirib.

"Bildiyiniz kimi, dünən axşam dünyanın ən böyük oyunçularından biri Zlatan İbrahimoviç stadionda ağlayaraq və əl yelləyərək futbolla vidalaşdı. Mən də elə getmək istədim, amma alınmadı. Qərarı internet vasitəsilə açıqlamaq isə ürəyimə yatmadı. Bu gün karyeramı bitirdiyimi bildirmək istəyirəm", -  Burak bildirib. pizza mizza

Qeyd edək ki, Burak Yılmaz karyerası ərzində ölkəsinin "Beşiktaş", "Fənərbağça", "Qalatasaray" və "Trabzonspor", Çinin "Beytsin Qoan", Fransanın "Lill" və Niderlandın "Fortuna Sittard" klublarında çıxış edib. Türkiyə yığmasında 77 oyun keçirən keçmiş futbolçu 31 qol vurub


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!