Buraxılış imtahanında yüksək nəticə göstərən məktəblər açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Buraxılış imtahanında yüksək nəticə göstərən məktəblər açıqlandı

Sosial

01 İyul 2020 01:01 1241


İyunun 10-da və 11-də keçirilən 11-ci siniflər üçün buraxılış imtahanında yüksək nəticə göstərən məktəblər açıqlanıb. 

Dövlət İmtahan Mərkəzindən Yenisabah.az-a verilən məlumata görə, itahan iştirakçıları arasında 1 nəfər – Abşeron rayonu Xırdalan şəhər 1 saylı orta məktəbin məzunu toplanıla biləcək maksimal nəticə – 300 bal toplayıb. 

İkinci ən yüksək nəticəni 297.7 bal toplayan Bakı şəhəri 36 saylı orta məktəbin məzunu göstərib.  pizza sifarişi

Bundan əlavə, 4 nəfər (Qəbələ rayonu Vəndam qəsəbəsi 1 saylı orta məktəbin, Qubadlı rayonu 3 saylı şəhər orta məktəbin, Bakı şəhəri 57 saylı orta məktəbin, Bakı şəhəri 178 saylı orta məktəbin məzunları) 297.1 bal toplayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!