“Burda o qədər “şaybalar” var...” - Nazilə Səfərli gileyləndi   + VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Burda o qədər “şaybalar” var...” - Nazilə Səfərli gileyləndi + VİDEO

Şou

05 Fevral 2025 10:39 327


Tanınmış şairə və aparıcı Nazilə Səfərli sosial media hesabında izləyicilərin diqqətini çəkən yeni paylaşımı ilə gündəmə gəlib.

Yenisabah.az xəbər verir ki,"İnstagram" hekayə bölməsində paylaşdığı videoda o, atasının onu "şayba" almağa göndərməsindən gileylənib və bu vəziyyətin ona qəribə gəldiyini bildirib.

"Atam məni şayba almağa göndərib, mənim günümə-saatıma bax!  İndi mən inşaat malları satılan mağazaya gedib deməliyəm ki, mənə şayba ver. Mən boyda qadını atam şayba almağa göndərir. Burada o qədər "şaybalar" var, gərək mağazadan alım?" – deyə şairə bildirib. Sezar pizza

Səfərlinin bu sözləri sosial mediada müxtəlif reaksiyalar doğurub. Bəziləri onun bu sözlərini zarafat kimi qəbul edərək gülüşlə qarşılasa da, digərləri bu ifadəni fərqli məqamlara yozmağa başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!