“Fast food” qida zəncirində son dərəcə əhəmiyyətli yerə sahib olan “Burger King” 20 ildir istifadə etdikləri loqonu dəyişib.
Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, yeni loqo yuxarıdan aşağıya doğru gəlir və daha yumşaq xəttlərə sahibdir. Loqo cari il ərzində bütün restoranlarda istifadəyə veriləcək.
Şirkətin yeni loqosu reklam afişalarından tutmuş, işçilərin geyimlərinə qədər bir çox yerdə istifadə olunacaq. pizza sifarişi
Yeni logonun retro dizaynlardan ilhamlandığını bildirən şirkət 1969-1999-cu illərdə istifadə olunan köhnə logodan istifadə etdiyini deyib.
Yeni loqotiplərini təqdim etdikləri press-relizdə “Burger King” bu loqonun daha minimalist və şirkətin mövcud mövqeyi ilə son dərəcə uyğun olduğunu bildirib. Şirkətin Baş Marketinq Meneceri Fernando Maçado yeni loqonun enerjili rəngləri özündə cəmləşdirərək həqiqətə daha yaxın olduğunu qeyd edib.
Telegram kanalımız