Burun əməliyyatından sonra komaya düşən xəstə ilə bağlı araşdırma başladı

saytların hazırlanması

Evə çatdırılma

Burun əməliyyatından sonra komaya düşən xəstə ilə bağlı araşdırma başladı

Hadisə

11 Yanvar 2025 16:25 413


Burun əməliyyatı etdirən 30 yaşlı Nəzin Mansurovanın komaya düşməsi barədə araşdırma başlayıb.

Yenisabah.az "Report"a istinadən xəbər verir ki, fakt Nəsimi Rayon Prokurorluğunda araşdırılır.

Nəzrin Mansurovanın müalicə aldığı xəstəxanadan bildirilib ki, hazırda xəstənin vəziyyəti ilə bağlı heç bir dəyişiklik yoxdur: Toyuqlu pizza

"Xəstə Nəzrin Mansurova yanvarın 5-də də "Liv Bona Dea Hospital"ın Reanimasiya şöbəsinə kritik vəziyyətdə daxil olub. Hazırda vəziyyəti ağır olaraq davam edir. Xəstə süni tənəffüs aparatına qoşulub, intensiv müalicə və müşahidə davam etdirilir".

Qeyd edək ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində baş vermiş faktın araşdırılması ilə bağlı yoxlama başlanılıb.

Xatırladaq ki, burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün "Mərcan" klinikasında əməliyyata girən N.Mansurova sonradan komaya düşüb, daha sonra "Liv Bona Dea Hospital"a yerləşdirilib. İddia olunur ki, onun beyninə çirk yayılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!