“Buta Airways”dən İstanbul - Bakı reysinin gecikməsi ilə bağlı   RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“Buta Airways”dən İstanbul - Bakı reysinin gecikməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Maraqlı

16 Yanvar 2023 00:00 868


“Buta Airways” aviaşirkətinin İstanbul (Sabiha Gökçen aeroportu) - Bakı J2-9106 nömrəli reysinin uçuş saatı texniki səbəblərə görə gecikir.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq şirkətdən məlumat verilib.

Bildirilib ki, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq hotelə yerləşdiriləcək, qidalanma daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcəklər. pizza mizza

Sözügedən reysin sərnişinləri bazar ertəsi, yanvarın 16-sı İstanbul vaxtı ilə saat 10:50-də Bakıya digər təyyarə ilə yola düşəcəklər.

Əlavə suallar yarandıqda, aviaşirkətin çağrı mərkəzinə +994 70 4374086 “WhatsApp” nömrəsi və ya callcenter@butaairways.az elektron poçt vasitəsilə müraciət edə bilərsiniz.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!