Bütün 9-cu siniflər buraxılış imtahanında riyaziyyatdan 2 alıbmış? - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bütün 9-cu siniflər buraxılış imtahanında riyaziyyatdan 2 alıbmış? - Fotolar

Sosial

09 Avqust 2019 15:47 2613


"DİM 2018-2019-cu tədris illəri üzrə tələbə qəbulu və buraxılış imtahanlarının elmi-statistik təhlilini çap edib. Ordakı rəqəmlər 9-cu sinif buraxılış imtahanlarının vəziyyətinin heç də ürək açan olmadığını göstərir".

“Yeni Sabah” bildirir ki, bunu texnologiya üzrə mütəxəssis Osman Gündüz qeyd edib.

O, təhlildə əks olunan rəqəmləri hesablayaraq nəticələri paylaşıb: pizza mizza

“Düz 2-3 saatdır ki DİM-in yenicə çapdan buraxdığı 2018/2019-cu tədris ilində tələbə qəbulu və buraxılış imtahanlarının elmi-statistik təhlilini nəzərdən keçirirəm. Dəhşətli rəqəmlər var.

Yeri gəlmişkən, Hesabat bu sahədə çalışanlar, qərar qəbul edənlər, ekspertlər üçün, elmi araşdırma aparanlar üçün, təhsil müəssisələri üçün , xüsusilə də TN üçün xeyli maraqlı məlumatlar var .

Hesabata ani bir nəzər salmaqla, müqayisələr aparmaqla belə anladım ki TN yenə nəsə açıqlamalar vermək məcburiyyətində qalacaq .

9-cu sinifdə riyaziyyatdan 1-ci mərhələ (açıq testlər) imtahanların nəticəsi :

( 100 ballıq sistemdə müvafiq bal toplayanların sayı)

0 bal 50 %

0 - 20 bal 30 %

20 - 40 bal 12 %

40 - 60 bal 5.6 %

60 - 80 bal 2 %

80 -100 bal 0.5 %

Bu, köhnə, klassik 5 ballıq sistemlə ( 2, 3, 4, 5) o deməkdir ki, təxminən 80 % şagird Riyaziyyatdan 1-ci mərhələdə 2 qiymət alıb. Qəribədir ki, DİM bu imtahan üçün ölkə üzrə orta göstəricini çıxarmayıb. Özüm bir xeyli əlləşib ölkə üzrə 9-cuların riyaziyyatdan  1-ci mərhələdə buraxılış imtahan göstəricilərini hesabladim . Bu rəqəmlər inandırıcı olmasa da vəziyyət belədir. 

Yəni 100 ballıq sistemlə əldə olunan nəticələr (%-lə) budur :

Ölkə üzrə orta bal ~10 

Bakı şəhəri üzrə ~13 

Liseylər üzrə ~ 31

2017/2018-ci tədris ilində DİM-in statistikasında bu rəqəmlər belə olmuşdur :

(30 ballıq sistemlə riyaziyyatdan 1-ci mərhələnin nəticələri)

0 bal - 41 % 

6 bal – 33%

Bu isə , klassik qiymətləndirmə sistemi ilə təxminən 74% şagirdin "2" qiymət alması anlamına gəlirdi.”

Mütəxəssis Təhsil Nazirliyinin buna aydınlıq gətirəcəyini düşündüyünü bildirib:

“Beləliklə bu statistikadan belə nəticəyə gəlmək olarmı ki, 9-cu siniflər üçün kurikulumla bağlı vəziyyət pisliyə doğru dəyişib ?Hər halda rəqəmlər deyir ki, bu belədir.Ümid edirəm DİM və Təhsil Nazirliyi buna aydınlıq gətirəcəklər.

Yeri gəlmişkən qeyd edim ki, 9-cuların 2-ci mərhələsi və 11-ci siniflər üzrə vəziyyət yuxarıdakı ilə müqayisədə xeyli müsbət istiqamətdədir. Məsələn, 9-cu siniflərin riyaziyyat üzrə 2-ci mərhələdə orta balı 47, 11-cilər üzrə isə 56 bal olub. Buradan belə qənaətə gəlmək olar ki orta məktəblərdə təhsilə diqqət 10-11-ci siniflərdə daha çox olur”.

Sabrina


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!