“Bütün çətinliklərin öhdəsindən gələcəyimizə şübhəm yoxdur!” – Emin Hacıyev

saytların hazırlanması

Evə çatdırılma

“Bütün çətinliklərin öhdəsindən gələcəyimizə şübhəm yoxdur!” – Emin Hacıyev

Siyasət

05 Fevral 2020 11:59 1366


Yeni Azərbaycan Partiyasının 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən millət vəkilliyinə namizədi Emin Hacıyevin  "Sumqayıt Telekomunikasiya Qovşağı"nın Yeni Azərbaycan Partiyası üzvləri ilə görüşü keçirilib.

Görüşdə görüşdə deputatlığa namizəd, onun vəkilləri çıxış edib, seçicilərin sualları cavablandırılıb. Görüşdə yeni siyasi məsələlər, Sumqayıtın inkişaf prosesində qarşıya qoyulan məqsədləri müzakirə edilib. Namizəd plarformasında qeyd etdiyi prioritetlər üzrə çalışacağını deyib, seçicilərin inamı və dəstəyinin ona həm güclü olmağa, həm də daha çox çalışmağa stimul verdiyini vurğulayıb.

“Sizin axıra qədər mənə dəstək olacağınıza əminəm” deyən E. Hacıyev Sumqayıt sakinləri ilə ünsiyyətdə olduqca, seçiləcəyi təqdirdə millət vəkili kimi fəaliyyətini hansı istiqamətdə quracağını, hansı problemlərin həllinə xüsusi olaraq diqqət ayıracağını daha aydın dərk etdiyini vurğulayıb: “Birlikdə bütün çətinliklərin öhdəsindən gələcəyimizə şübhəm yoxdur!”. Dördpendirli pizza

Tədbirdə çıxış edən seçicilər fevralın 9-da seçki məntəqələrində ən layiqli namizədə - YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!