Bütün Donbas Rusiyanındır - Putinin köməkçisi

saytların hazırlanması

Evə çatdırılma

Bütün Donbas Rusiyanındır - Putinin köməkçisi

Dünya

12 Dekabr 2025 14:50 562


Rusiyanın ərazisi olan Donbasda nə Rusiyadan, nə də Ukraynadan hərbçilərin olma ehtimalı var, bölgədə ancaq Milli Qvardiya, polis və asayişi qorumaq üçün lazım olan hər şey olacaq.

"Yeni Sabah" "Kommersant"-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib.

Rusiya prezidentinin köməkçisi Zelenskinin Donbasın Ukraynanın nəzarətində olan hissəsində referendum keçirmək təklifini şərh edərkən bildirib ki, bütün region Rusiyanındır. Marqarita pizza

“İstənilən halda, nəticə necə olursa-olsun, bu ərazi Rusiya Federasiyasınındır və o, bizim administrasiyaların nəzarəti altında olacaq”, - deyə Uşakov vurğulayıb.

O bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Avropadakı danışıqlarda məqsədi Ukraynadakı vəziyyətin sülh yolu ilə nizamlanmasına dair ABŞ sənədlərinə Rusiya üçün qəbuledilməz təkliflər daxil etməkdir.

"Hazırda ABŞ ukraynalılar və bir sıra Avropa ölkələrinin aparıcı nümayəndələri ilə sənədlər üzərində iş aparır. Onları hələ görməmişik, lakin çətin ki, bu şərhlər müsbət olsun”, - deyə Uşakov vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!