Bütün dünya ondan danışmışdı: Ümran Dakneşin son görüntüləri - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bütün dünya ondan danışmışdı: Ümran Dakneşin son görüntüləri - Fotolar

Dünya

09 Dekabr 2025 21:33 8791


Suriyada 2016-cı ildə dağıntılar altından çıxarıldıqdan sonra çəkilən fotoları ilə bütün dünyada gündəmə gələn Ümran Dakneşin yeni görüntüləri yayılıb.

"Yeni Sabah" xəbər verir ki, Suriyada 10 ildən artıq davam edən və 8 dekabr 2024-cü ildə 61 illik BAAS hakimiyyətinin devrilməsi və Bəşər Əsədin ölkədən qaçması ilə başa çatan daxili müharibədən sonra ölkədə xüsusi tədbirlər təşkil edilib.

İnqilabın birinci ildönümünü ölkənin müxtəlif nöqtələrində keçirilən mərasimlərlə qeyd edib. Dördpendirli pizza

Tədbirlərin ən böyüyü isə Dəməşqdə təşkil olunub. Konfranslar Sarayında keçirilən rəsmi mərasimə 2016-cı ildə çəkilmiş fotosu ilə bütün dünyada tanınan Ümran Dakneş də qatılıb.

“Ümran körpə” kimi tanınan fotodan sonra artıq 13 yaşına çatan Dakneş tədbirlərdə iştirak edib və səhnəyə çıxaraq qələbə nitqi söyləyib.

Qeyd edək ki, Ümran Dakneş 2016-cı ildə Hələbə təşkil olunan hava hücumu sonrası bir binanın dağıntıları altından çıxarılmış və Suriyadakı müharibənin simvollarından birinə çevrilmişdi.

Aydan Hacı 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Günel
    500 uşaqda Ukraynadan Türkiyəyə getmişdidə ollar uşaq deyildi başlarına oyun açıblar pozğunlar .
    5 months ago