“Bütün haqlarım bərpa olundu” – İlqar Məmmədov

saytların hazırlanması

Evə çatdırılma

“Bütün haqlarım bərpa olundu” – İlqar Məmmədov

Siyasət

23 Aprel 2020 16:40 1069


Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov bəraət almasına münasibət bildirib. 

Yenisabah.az xəbər verir ki, İlqar Məmmədov bütün haqlarının bərpa olunduğunu vurğulayıb: “Bu gün həyatımda böyük gün oldu. Ali Məhkəmədən bəraət aldım. Təqsirsiz elan olundum. Bütün haqlarım rəsmən bərpa olundu”.

REAL sədri həmçinin bu barədə ətraflı açıqlama verəcəyini də qeyd edib. pizza mizza

Bu gün Ali Məhkəmənin Plenumu İlqar Məmmədov barəsində əvvəl çıxarılmış məhkəmə qərarlarını ləğv edərək, iş üzrə icraata bəraətverici əsasla xitam verib və qanunsuz həbsdə saxlanıldığı müddətdə ona dəymiş mənəvi ziyana görə 234 min manatdan artıq kompensasiya təyin edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!