Bütün İsrail diplomatları Kolumbiyadan qovulur - Prezident açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Bütün İsrail diplomatları Kolumbiyadan qovulur - Prezident açıqladı

Dünya

02 Oktyabr 2025 10:23 335


Kolumbiya prezidenti Qustavo Petro bütün İsrail diplomatlarını ölkəsindən qovacaqlarını açıqlayıb.

Yenisabah.az xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb. 

Petro bu qərarı  İsrailin Qlobal Sumud Flotillasına hücumundan sonra verib.  Toyuqlu pizza

"Əgər əlimizdə olan məlumat doğrudursa, bu, İsrailin Baş naziri Benyamin Netanyahu tərəfindən törədilmiş növbəti beynəlxalq cinayət olardı. İsraillə azad ticarət müqaviləsi dərhal ləğv ediləcək. İsrailin Kolumbiyadakı bütün diplomatik missiyası ölkədən çıxarılacaq", - Kolumbiya lideri yazıb. 

Xatırladaq ki, İsrail Hərbi Dəniz Qüvvələri Qəzza zolağı sahillərinə fələstinlilər üçün humanitar yardım aparan Sumud Donanmasının 15 gəmisini ələ keçirib./"Unikal"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!