Bütün növ əmək pensiyaları artacaq:  RƏQƏM AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Bütün növ əmək pensiyaları artacaq: RƏQƏM AÇIQLANDI

Sosial

05 Noyabr 2025 17:34 27699


Qanunvericiliyə əsasən, gələn ildə də pensiyaların indeksləşdirilməsi və artırılması həyata keçiriləcək.

Axar.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, bununla 2026-cı ilin yanvar ayından etibarən bütün növ əmək pensiyalarının artımı baş verəcək: Marqarita pizza

"Bu artım təxminən 1 milyon 100 min vətəndaşı əhatə edəcək və 2025-ci ildə nominal orta aylıq əmək haqqındakı artım faizinə uyğun həyata keçiriləcək. Belə ki, bu ilin ilk 9 ayında orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artaraq 1093 manata çatıb. İlkin gözləntilərə əsasən, gələn ildən pensiyalar 9,2 faiz artırılacaq. İşsizlikdən sığorta fondunun 2026-cı il xərcləri 266,4 milyon manat olacaq ki, onun da 77 milyon manatı, yəni 30 faizə yaxını özünüməşğulluq tədbirlərinin təşkilinə sərf ediləcək. İşsizliyə görə sığorta ödənişləri 28 milyon manat olacaq ki, bu da ümumi xərclərin 10,5 faizi deməkdir. Göründüyü kimi, fondun vəsaitlərin əhəmiyyətli hissəsi işsizliyə görə sığorta ödənişlərindən kənar istiqamətlərə yönəldiləcək. Aktiv sosial proqramlara daha çox vəsait yönəltdiyini nəzərə alaraq fondun adının dəyişdirilməsi, "Məşğulluq və işsizlikdən sığorta fondu" adlandırılması onun fəaliyyət istiqamətlərinə və eləcə də fəlsəfəsinə daha uyğun olardı.

Gələn ehtiyac meyarının 300 manata çatdırılması gələn ildən sosial yardım məbləğinin artmasına səbəb olacaq. Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir. Bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq. Eyni zamanda, ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək. Hazırda 80 min 300 aztəminatlı ailənin 353 min 300 üzvü ünvanlı dövlət sosial yardımı alır. Bu isə o deməkdir ki, artımlardan faydalanan ailələrin sayı kifayət qədər çox olacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Azər
    Azərbaycan iqtisadiyyatı qüsurludur. Çünki əmək haqqı 10 faiz, ərzaqların qiyməti 20 faiz artır. Bu halda əmək haqqının artmasının heç bir xeyri yoxdur. Bəyənmədiyiniz Avropada əmək haqqı Azərbaycandan 3-4 dəfədən də çox olsa da (məsələn Almaniyada minimum əmək haqqı 3-4 avrodur) hökumət bəzi ərzaqların qiymətinin artmasına məhdudiyyət qoyur. İşbazlar istədiyi vaxt qiyməti artıra bilmir. Azərbaycanda da belə olsa, həm inflyasiyanın qarşısını almaq olar, həm əhalinin vəziyyəti qismən də olsa yaxşı olar
    6 months ago