“Bütün qəbirləri tam şəkildə qorumaq mümkün deyil” – Deputat şəhid məzarlarının qarətindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Bütün qəbirləri tam şəkildə qorumaq mümkün deyil” – Deputat şəhid məzarlarının qarətindən danışdı

Sosial

20 Noyabr 2025 15:17 711


“Söhbət əşyanın dəyərindən daha çox, hansısa başıboş, narkoman və ya başqa bir şəxsin törətdiyi hərəkətdən söhbət gedir”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında deputat Fazil Mustafa Vətən müharibəsi şəhidlərinin məzarlarının qarət edilməsindən danışarkən deyib.

Milli Məclisə Sabunçu seçki dairəsindən üzv seçilmiş həmin ərazidəki qəbiristanlıqda baş verən talanla bağlı bildirib: pizza mizza

“Hər halda bu faktı yəqin ki hüquq-mühafizə orqanları araşdırır. Əvvəllər qızıl diş və s. üçün qəbrin açılması ilə bağlı cinayətlər olub. Əgər qəbir yanında hər hansı əşyalar qoyulubsa, çox güman ki, bu, öz məsuliyyətini hiss etməyən, avara şəxslərin atdığı addım ola bilər”.

“Təbii ki, bütün qəbirləri tam şəkildə qorumaq mümkün deyil. Qapalı qəbiristanlıqlarda bu daha rahatdır, amma açıq qəbir sandıqlarında nəzarət çətindir, - deyə deputat vurğulayıb. - Qəbiristanlığın ətrafında kamera görüntülərinin olması da istisna deyil. Bədəməlləri tapmağa yaxınlıqdakı obyektlərin kameraları kömək edə bilər".

Deputat qəbiristanlıqların polisin mühafizəsinə verilməsi təklifinə bu cür yanaşıb:

"Şəhidlər xiyabanının ümumi baxımı müvafiq qurumlar həyata keçirir. Amma bütövlükdə, qəbir məsələsi mənəvi kateqoriyaya aid olduğuna görə cəmiyyətin diqqətində olmalıdır. Bu sahədə dövlət nəzarəti deyil, cəmiyyətin şəhidlərin xatirəsinə sahib çıxması əsasdır, onların qəbirlərinin, onlara aid atributların qorunması üçün hər kəs həssaslıq göstərməlidir. Bu həssaslığı toplum olaraq təşviq etməliyik”.

Xatırladaq ki, Bakıda 2 Vətən müharibəsi şəhidinin məzarı qarət edilib. Hadisə Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər xiyabanında baş verib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!