“Bütün qəlbimizlə əsgərlərimizin yanındayıq“   - “Neftçi“nin kapitanı

saytların hazırlanması

Evə çatdırılma

“Bütün qəlbimizlə əsgərlərimizin yanındayıq“ - “Neftçi“nin kapitanı

İdman

01 Oktyabr 2020 17:08 929


"Rayonlarımızın azad edilməsini 30 ildir gözləyirik. Bəzi ərazilərimizin azad olunduğunu eşidib çox sevindik".

Yenisabah.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin kapitanı Emin Mahmudov cəbhə xəttində baş verən hadisələrə münasibət bildirərkən deyib.

28 yaşlı yarımmüdafiəçi bildirib ki, işğal olunmuş rayonların hamısının geri qaytarılmasını arzulayır: "Buna görə dua edirik. Allah əsgərlərimizə kömək olsun! İnşallah, Qarabağ və 7 rayonumuz tezliklə azad edilsin"! Dördpendirli pizza

Təcrübəli oyunçu bu yolda Vətənə xidmət etməyə hazır olduğunu vurğulayıb: "Dualarımız əsgərlərimizlədir. Övladları şəhid olmuş ata-analar üçün də dua edirik.

Allah şəhidlərimizə rəhmət etsin! Bütün qəlbimizlə əsgərlərimizin yanındayıq. Torpaqlarımız azad olunması xəbərini gözləyirik" (report).


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!