“Bütün qohumlarım dəyib bir-birinə” -   Mahir Aslanov danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Bütün qohumlarım dəyib bir-birinə” - Mahir Aslanov danışdı

Sosial

20 Dekabr 2019 11:57 1530


Milli Məclisin deputatı Mahir Aslanov səhhətində yaranan problemlə bağlı danışıb.

"Yeni Sabah" bildirir ki, bu barədə "Report"a açıqlama verən deputat bildirib ki, səhhətində problemlər yaranması ilə bağlı yayılan məlumatlar ictimaiyyətə olduğu kimi təqdim edilməyib:

"Sadəcə olaraq, bu məlumatları şişirdiblər. Bir söz deyirəm, dərhal şişirdirlər. Mən xəstəxanada deyiləm. Hazırda Bakıda - öz evdimdəyəm, işimdə-gücümdəyəm. Bacılarım, bütün qohumlarım hamısı dəyib bir-birinə. Mənə görə narahat olublar. Hər şey yaxşıdır, səhhətim də əladır". Dördpendirli pizza

Qeyd edək ki, M.Aslanovun ürəyindən əməliyyat olunduğu və iki stend qoyulduğu barədə məlumatlar yayılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!