“Bütün qonşularımızla mehriban münasibətlər qurmalıdır“   - Vahan Xaçaturyan

saytların hazırlanması

Evə çatdırılma

“Bütün qonşularımızla mehriban münasibətlər qurmalıdır“ - Vahan Xaçaturyan

Rəsmi

02 Mart 2022 15:46 750


"Biz başa düşməliyik ki, bu region əməkdaşlıq platformasına çevrilməlidir".

Yenisabah.az "Aysor"a istinadla xəbər verir ki, bunu Ermənistan prezidentliyinə namizəd Vahan Xaçaturyan bu gün parlamentdə bildirib.

"Biz bütün qonşularımızla mehriban qonşuluq münasibətləri qurmalı və Ermənistanın bu məntiqlə inkişafını təmin etməliyik, başqa yolumuz yoxdur", - deyə prezidentliyə namizəd vurğulayıb. Marqarita pizza

Vahan Xaçaturyan qeyd edib ki, danışıqlar aparmaq mübahisə etməkdən, kiminləsə döyüşməkdən, kiməsə güc göstərməkdən daha düzgün yoldur. "Biz bu gücü ağılla, biliklə göstərə bilərik”.

Prezidentliyə namizəd bəyan edib ki, Ermənistan hökumətinin elan etdiyi sülh dövrünün açılması ideyası onun üçün tamamilə məqbuldur və prezident bu işə əl atmalıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!