Hamımız bilirik ki, bədənin hər hansı bir hissəsinə buz tətbiq etmək sağlamlıq sayılır. Soyuq müalicə sahəsində buz sinir əzələlərini müvəqqəti olaraq azaltmaqla ağrıları aradan qaldırır, qan axınını azaltmaqla isə şişkinliyi azaldır və yumşaq toxumaların sağalmasını təşviq edərək funksional bərpanı sürətləndirir.
Bəs, buz terapiyası üzə necə tətbiq olunur? Faydaları nələrdir?
Yenisabah.az üzə buz terapiyası tətbiq etmənin faydalarını oxucularla bölüşür. pizza
Xüsusilə, göz ətrafındakı şişkinliyi, qocalmanı, sızanaqları, səpgilər və həşərat dişləmələrinin təsirini azaldan buz terapiyası, həmçinin dərinin sağlam parıltısını da artırır.
Dermatoloqlar bildirirlər ki, buzları birbaşa üzə sürtmək əvəzinə, pambıq parçanın köməyi ilə buzu üzə çəkmək lazımdır. Yəni pambıq parçada dörd və ya beş buz dənəciyini götürün, sonra bir-iki dəqiqə ərzində üzünüzü dairəvi hərəkətlərlə yumşaq bir şəkildə masaj edin.
Məşhur amerikalı model Bella Hadid isə fərqli şəkildə buz terapiyasından istifadə etdiyini açıqlayıb.
Bu üsulda isə bir qabın içinə buz dolduraraq həmin buzların bir az əriməsini gözləmək lazımdır. Daha sonra isə üzünüzü həmin suda bir-iki dəqiqə saxlamalısınız. Nəticədə üzünüz daha rahat və körpə dərisi qədər şəffaf olacaq.
Gülxanım ƏLİYEVA
Telegram kanalımız