Buzlu yollarda qəza ehtimalı artıb - XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Buzlu yollarda qəza ehtimalı artıb - XƏBƏRDARLIQ

Sosial

01 Mart 2025 13:55 233


Hazırda ölkə ərazisində şaxtalı hava hökm sürür.

Yenisabah.az xəbər verir ki, BDYPİ sürücülərə xəbərdarlıq edilib.

"Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz havanın davam edəcəyini nəzərə alaraq, bir daha sürücülərdən mümkün qədər şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyi, yola hazırlıqsız çıxmamağı, səfərlərini mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı xahiş edir. Dominos pizza

Nəzərə almaq lazımdır ki, təchizatı kritik hava şərtlərinə cavab verməyən, xüsusilə şinləri normativ tələblərə uyğun gəlməyən avtomobillərin qarlı, buzlu yollarda istismarı digər sürücülər üçün əlavə çətinliklər yaradır ki, bu da ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinə səbəb ola bilər", - xəbərdarlıqda qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!