Buzovna və Goradildə yeni pulsuz çimərliklər açıldı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Buzovna və Goradildə yeni pulsuz çimərliklər açıldı - Fotolar

Sosial

14 Avqust 2019 07:55 9938


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Səbail rayonunda, “Şıx” çimərlik ərazısındə yaradılan çimərlikdən sonra artıq Buzovna və Goradil qəsəbələrində növbəti çimərliklər yaradılaraq vətəndaşların istifadəsinə verilib.

Bakı Şəhər İcra Hakimiyyətindən “Yeni Sabah”a daxil olan məlumata görə, əvvəllər baxımsız vəziyyətdə olan ərazilər təmizlənərək abadlaşdırılıb, burada tələbata uyğun hər şey qurlaşdırılıb. 

Vətəndaşların istirahərinin təşkili üçün çimərliklərin ərazisinə kifayət qədər oturacaq və qamaklar qoyulub, ərazı boyunca zibil konteynerləri quraşdırılıb, əlavə işlər görülüb. pizza sifarişi

Yaxın günlərdə daha 4 qəsəbədə də yeni ictimai çimərlik istifadəyə veriləcək. Ümumilikdə isə paytaxtın dənizkənarı ərazilərində 7 yerdə belə çimərliklərin yaradılması nəzərdə tutulmüşdur.

Yaradılan ictimai çimərliklərə giriş və digər xidmətlərdən istifadə pulsuzdur. Ərazinin təmizliyini lazımi səviyyədə saxlanılması üçün burada xidmət personalı fəaliyyət göstərəcəkdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!