Ermənistanla makroiqtisadi, fiskal və maliyyə sabitliyinin təmin edilməsinə yönəlmiş iqtisadi proqramı dəstəkləmək üçün 165,6 milyon dollar ayırmaq üçün üçillik saziş imzalanacaq.
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) mətbuat xidmətindən məlumat verilib.
Saziş bu ilin dekabrında BVF-nin İcraiyyə Şurası tərəfindən təsdiqlənməlidir. Toyuqlu pizza
Xarici gəlir, kapital və işçi qüvvəsi axını hesabına Ermənistanın 2022-ci ildə iqtisadi artımı 11% səviyyəsində proqnozlaşdırılır. Ermənistan valyutasının möhkəmlənməsi dövlət borcunun azalmasına səbəb olub ki, bu da 2022-ci ilin sonuna ÜDM-in 51%-ni təşkil edəcək. Ötən il bu rəqəm ÜDM-in 60,3 faizini təşkil edib.
Gələn il iqtisadi artımın ləngiməsi gözlənilir ki, bu da ortamüddətli perspektivdə 4-5% səviyyəsində qalacaq.
Telegram kanalımız