Cabir İmanovun dəfnindəki “sirli adam”: Əlixan Musayev kimdir?

saytların hazırlanması

Evə çatdırılma

Cabir İmanovun dəfnindəki “sirli adam”: Əlixan Musayev kimdir?

Sosial

06 Oktyabr 2025 17:35 80935


Əməkdar artist, “Planet Parni iz Baku” KVN Teatrının aktyoru Cabir İmanovun dəfn mərasimindən yayılan bir görüntü geniş müzakirələrə səbəb olub. 

Yenisabah.az xəbər verir ki, dəfndə vəhhabi vaiz Əlixan Musayevin iştirakı geniş rezonans doğurub.

Bundan sonra Cabir İmanovun əqidəcə vəhhabi olması mənfi rəylər doğurub.  Marqarita pizza

Yeri gəlmişkən, mərhumun qardaşı Tahir İmanovun da vəhhabi olduğuna dair iddialar meydana çıxıb.

Maraqlıdır ki, bu paylaşımdan sonra Əlixan Musayev C.İmanovla tanış olduğunu, bir çox yerdə görüşdüyünü, hətta C.İmanovun onun arxasında namaz qıldığını bildirən video-müraciət yayıb.

Əlixan Musayevin adı “Baku Ressearch İnstitute”un hazırladığı “Azərbaycanda sələfiliyin müxtəsər tarixi” adlı araşdırmasında hallanır.

Həmin araşdırmaya əsasən, Əlixan Musayev 16 fevral 1973-cü ildə Bakıda ziyalı ailəsində anadan olub. O, Azərbaycanda “ibrahimilər” kimi tanınan təriqətin rəhbəri Ələsgər Musayevin qardaşı oğludur. 

Ələsgər Musayev ərəb təşkilatları ilə əməkdaşlıq edib, sələfi təbliğat qruplarında çalışıb, bir müddət Səlim Zaxarnanın təşkilatında da işləyib və onun təşkil etdiyi yay düşərgələrində iştirak edib. 

1990-cı illərin ortalarında əsasən paytaxt ətrafındakı Əmircan qəsəbəsində qərarlaşmış Ələsgər Musayevin qrupu Bakıda çox populyar idi. Lakin sonradan o, ərəblərlə əlaqələri kəsmiş, özünü peyğəmbər elan etmiş, bununla da gözdən düşüb və sonradan hətta həbs edilib. 

Əlixan Musayev, həmçinin ölkədə radikal sələfiliyin əsas bazalarından biri kimi tanınmış, yaxud təqdim olunmuş, 2016-ci ildə bağlanan və dəfələrlə mətbuatda Suriyaya mücahid göndərməkdə ittiham edilən Ləzgi (Aşur) məscidinin imamı Mübariz Qarayevin də yaxın qohumudur.

1980-ci illərin sonlarında Əlixan Musayev Özbəkistana gedərək orda təhsil alıb. Sələfilik içindəki opponentləri onun orada “Hizbu-t-Təhrir” qruplaşmasına qoşulduğunu iddia edirlər. Güman edilir ki, Əlixan Musayev Özbəkistanda, sonradan özbək hökumətinin qətlə yetirdiyi Əbdül Vəli adlanan bir nəfərin Namanqan şəhərində açdığı və ərəblər tərəfindən maliyyələşən mədrəsəsində oxuyub. 

Nəhayət, o, Mədinə İslam Universitetinin ilk beş azərbaycanlı məzunundan biridir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • HAMZA
    Dəyərli dostlar əziz müsəlman bacı qardaşlarım ,bu mövzu sırf kimisə gözdən salmaq xarakteri güdür,Allahdan qorxun,güc və qüdrət sahibi olan Allah hər şeyə şahiddir,Əlixan Musayev yaxından tanldlglm bir müsəlman qardaşdır,Azərbaycanda sonuncu Quran'i Kərimi tərcümə edən bir adamdır,heç bir ixtişaşml deyim ixtilafml deyim yoxdur bu və onun əhatəsində olan əqidə sahiblərində
    7 months ago
  • Ramil
    Yox bir sehirli adam. Sizə nə qalıb ki, kimlər gəlib. Adam dəfndə iştirak etmək üçün gəlib. Burada qəribə nə isə var. Allah rəhmət eləsin.
    7 months ago
  • Subhan Omarov
    Bəziləri Əhli-sünnəni yalnız Məhəmməd ibn Əbdülvahhabın yazıları ilə ölçür, bəziləri isə ona zidd mövqedə dayanır. Amma unutmayaq ki, Əhli-sünnə nə bir şəxsdən, nə də bir dövrdən başlamayıb. Əhli-sünnə — Peyğəmbərin yaşadığı kimi yaşamağa çalışan, Onun yolunu davam etdirənlərdir. Bir insan Peyğəmbər kimi yüzdə doxsan doqquz eyni həyat yaşasa belə, Peyğəmbər olmaz. Amma o, Peyğəmbərin yolundan gedən, Onun sünnəsini dirildənlərdən olar. Əsl olan — Peyğəmbər olmaq deyil, Onun dediyi kimi yaşamaqdır.
    7 months ago
  • Rəqsanə
    Allah Əlixan qardaşın elminə bərəkət versin. Çox faydalı insandı. Quranı tərcümə edib. Belə insanlara qiymət,dəyər vermək lazımdı
    7 months ago
  • Rizvan
    Bele baxiram,kim şiyye deyilse,vahabi damgasi vurulur.Esas odurki,vetenini xuymeniye satmayiblar.
    7 months ago
  • Rizvan
    Maraqlı gəldi, Əlixan Musayevin Quranı Tərcümə etməyi, Allahşükür, Vasif və Ziyanın ərəbşünaş Tariel müəllimin tərcüməsini öz adlarına çıxarandan sonra bu sürpriz oldu. İranda oxuyub ləbbeyk Xomeyni deyənlər gözlərinə su versinlər.
    7 months ago
  • Allah bəndəsi
    Vahhabilik — İslamın sünni qolundan ayrılan, XVIII əsrdə (təxminən 1744-cü ildə) Məhəmməd ibn Əbdülvahhab tərəfindən Ərəbistan yarımadasında yaradılmış dini cərəyanıdır. Bu hərəkatın əsas məqsədi guya “İslamı bidətlərdən təmizləmək” idi, lakin onlar çox sərt və radikal yanaşmalar tətbiq etdilər. Məsələn: Məzlumların və dindar insanların ziyarətgahlara getməsini, övliyalara dua etməsini şirk (Allaha şərik qoşmaq) sayırdılar. Öz düşüncələrinə uymayan müsəlmanları “kafir” adlandırırdılar. Ənənəvi islam alimlərini və məzhəbləri rədd edirdilər. Təhlükəsi: Vahhabilik radikal baxışlara söykəndiyindən, terrorçu və ifrat qrupların (məsələn, “Əl-Qaidə”, “İŞİD”) ideoloji əsası kimi qəbul olunur. Bu baxımdan, islam birliyini parçalayır, dini dözümsüzlüyü və zorakılığı təşviq edir. İslam alimlərinin çoxu vahhabiliyi əsl islamdan uzaq, təhlükəli bir cərəyan kimi qiymətləndirir. Ona görə də vahabi təriqətində olanların əksəriyyəti,öz təriqətlərinin adlarını gizlədərək,Əhli sünnə adı altında fəaliyyət göstərirlər,Vahabi kəliməsini işlədəndə də deyirlər ki,Allahın adıdır pis söz deməyin...məsələ odur ki,bu cərəyanın başçısı özü bidətdir...Əbdul Vahab ????
    7 months ago
  • L.Ə.
    Güc strukturlarında işləyən, üstəlik ictimai məşhur olan adamların sələfiləri himayə etməsi heç yaxşı siqnal deyil. Allah Hacı Şahinə rəhmət eləsin! Kaş Onun kimilərin sayı çox olaydı.
    7 months ago
  • Əliyeva Sevinc
    Allahdan qorxun gedin dininizi öyrənin islamın adını ləkələməyin əhli sünnə Vahabi Allahın adlarından biridir və mənaca Allah deməkdir siz insan oğluna Allah deyərək müraciət edirsiniz Əlixan Musayev haqqında niyə demirsiniz Quranı Kərimi tərcümə edib həmişə nədənsə insan haqqında pis fikirlər yazırsız yaxsı tərəflərin də yazın da biz Vəhabi deyilik əhli sünnə olaraq müsəlmanıq Allah bizləri bununla şərəfləndirib elhamdulillah Allahın dini olan islama yararsız insanlar ağızlarına gələni yazırlar VAllahi hər şeyə görə cavab verəcəksiniz adam haqqında danışırsınız həmin adamın gunahlarını kürəklərinizə yükləyirsiz in şəə Allah öz işlərinizlə məşğul olun Rəbbim sizlərə hidayət versin Amin Azərbaycanda Vəhabi yoxdur müsəlmanlar var
    7 months ago
  • O
    Namaz qılana nə vahabi adı yazıb gözdən salmaq isfəyrsən??məqsədin nədir?niyə yazmırsan ki əlixan quranı tərcumə edənlərdən biridir.camaat oxuyur faydalanır.məqsədin nədr sənin?niyə yazmırsanki gözəl əxlaq nümayiş etdrən insandr və nə qədər gözəl kitab müəllifidir
    7 months ago
  • Mehman
    Siz yazsanızda xeyri yoxdur İndicə qaraçuxurda şeyx kafesində Tahir İmanov , Əlixan Musayevlə 30 nəfərlik iftar süfrəsində indi oturublar dərsdə keçirlər
    7 months ago