Cabir İmanovun məzarından - İLK GÖRÜNTÜLƏR

saytların hazırlanması

Evə çatdırılma

Cabir İmanovun məzarından - İLK GÖRÜNTÜLƏR

Sosial

07 Oktyabr 2025 11:44 25583


“Şən və Hazırcavablar klubu”nun üzvü, Əməkdar artist Cabir İmanovun vəfatından doqquz gün ötür.

“Yeni Sabah”ın əməkdaşı Bakının Yasamal rayonunda yerləşən “Qurd qapısı” qəbiristanlığında mərhumun məzarını ziyarət edib.

Burada fəaliyyət göstərən din xadimlərinin və işçilərin sözlərinə görə, aktyorun məzarı gün ərzində tez-tez ziyarət olunur. Bunu C.İmanovun məzarının ətrafında olan çox sayıda əklil və çələnglərdən də görmək mümkündür. Elə bil qurum yaxud tanınmış şəxs yoxdur ki, onun üçün xatirə çələngi göndərməsin. Dördpendirli pizza

“Məzarın üstünə hər gün gələnlər olur. Aktyorun doğmaları ilə yanaşı yaşlı adamlar, gənclər də ziyarətə gəlirlər. Bəzən tələbələr dəstə ilə gəlib ziyarət edib gedirlər”, - qəbiristanlıq işçiləri bildirib.

Qeyd edək ki, C.İmanov sentyabrın 29-da 49 yaşında vəfat edib. Onun ölümünə ürəktutması səbəb olub.

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Namazova
    Xalqın sevgisini qazanan bir insana yuz ad qoydular. Xalq sevgisi budir
    7 months ago