Cabir İmanovun Səadət Sarayının yanında mağazası var imiş

saytların hazırlanması

Evə çatdırılma

Cabir İmanovun Səadət Sarayının yanında mağazası var imiş

Şou

14 Noyabr 2025 11:42 4459


Mərhum Cabir İmanovun şəhərin mərkəzində mağazası var imiş. 

"Yeni Sabah" xəbər verir ki, bu barədə Əməkdar artist Bəhram Bağırzadə paylaşım edib.

O qeyd edib ki, mağazada satılanlar Cabirin əl işləridir: Marqarita pizza

"Hazırda Murtuza Muxtarov küçəsindəyəm. Səadət Sarayının yanında. Bura mənim dostum, sirdaşım Cabir İmanovun emalatxanasıdır. Bu məkan dostumuz Cabir İmanovun ruhunun bir parçasını qoruyub saxlayır - bizi çox erkən tərk edən Cabirin. Buradakı hər bir şey - “Qarabağ”, “Şirvan”, “Naxçıvan” saatları, zərif kəlağayılar, şərflər, qalstuklar və kəpənəklər, eksklüziv çilçıraqlar - hamısı onun dizaynıdır. Bu sadəcə bir salon deyil. Burada Cabirin böyük və mərhəmətli qəlbindən doğulan ideyaları və istedadının zərrələri yaşayır. Gəlin və onun baxışları ilə yaradılmış bu aləmi görün, bizə miras qoyduğu gözəlliyə toxunun".

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!