Cabir Məmmədov vəfat etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Cabir Məmmədov vəfat etdi - Foto

Sosial

31 Avqust 2025 21:37 761


Əməkdar həkim Cabir Məmmədov vəfat edib.

Yenisabah.az xəbər verir ki, o bu gün dünyasını dəyişib.

Xatırladaq ki, tanınmış ürək həkimini yanvar ayında avtomobil vurmuşdu. pizza sifarişi

Qeyd edək ki, Quba Rayon Mərkəzi Xəstəxanasının Ümumi Terapiya Şöbəsinin keçmiş müdiri olan Cabir İsrafil oğlu Məmmədov 1950-ci ildə anadan olub. O, 1984-1985-ci illərdə Quba rayonu Alpan kənd xəstəxanasında həkim kimi çalışıb, 1985-1996-cı illərdə Quba RMX-da həkim-kardioloq, 1996-2023-cü illər ərzində Ümumi Terapiya şöbəsinin müdiri kimi fəaliyyət göstərib.

1988-ci ildə Moskvada keçirilən Həkimlərin Ümumittifaq Qurultayında Azərbaycanı təmsil edib, Ali ixtisas dərəcəsi alıb, "SSRİ səhiyyə əlaçısı" döş nişanı ilə təltif edilib.

2013-cü ildə Prezident İlham Əliyevin sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilən C.Məmmədov, 2018-ci ildə Prezidentin Sərəncamına əsasən "Əməkdar həkim" fəxri adına layiq görülüb. C.Məmmədov "MÜSİAD Azərbaycan" İdarə Heyətinin Sədri Rəşad Cabirlinin atasıdır./Oxu.az


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!