Cadulu kişi qızını evin damından atmaq istədi

saytların hazırlanması

Evə çatdırılma

Cadulu kişi qızını evin damından atmaq istədi

Dünya

16 Aprel 2021 11:40 652


Adanada özünə cadu edildiyini deyən adam qızını evin damından atmağa cəhd edib.  

Yenisabah.az xəbər verir ki, Mustafa adlı şəxs 4 yaşlı qızını dama çıxarıb və qışqıraraq, “Onun qanı axsa, cadu pozulacaq”, - deməyə başlayıb.

Hadisə yerinə gələn polislərin cəhdləri nəticəsində körpəni atasında xilas etmək mümkün olub. Evdəki əşyaları da sındıran Mustafanın hadisədən bir gün əvvəl mətbəxdəki qazı açaraq həyat yoldaşı Edaya, "Cənnətə gedəcəyik", - dediyi də iddia edilir. pizza mizza

Şəxs ifadəsində həyat yoldaşı ilə dalaşdığını və bu səbəblə psixologiyasının pozulduğunu bildirib. Lakin məhkəmə onun həbsi ilə bağlı qərar verib və o, həbsxanaya göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!