Çağırışçıların və hərbi vəzifəlilərin qeydiyyat qaydası dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

Çağırışçıların və hərbi vəzifəlilərin qeydiyyat qaydası dəyişdi

Maraqlı

31 Avqust 2022 18:00 1165


“Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nda dəyişiklik edilib.b

Yenisabah.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. 

Qərara əsasən, çağırışçılar və hərbi vəzifəlilər həqiqi hərbi xidmətə çağırıldıqda və ya könüllü daxil olduqda hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində xüsusi qeydiyyata alınacaqlar. Toyuqlu pizza

Ləğv edilmiş Xüsusi Dövlət Mühafizə Xidməti isə siyahıdan çıxarılıb.

Beləliklə, son dəyişiklikdən sonra çağırışçılar və hərbi vəzifəlilər həqiqi hərbi xidmətə çağırıldıqda və ya könüllü daxil olduqda hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində xüsusi qeydiyyata alınacaqlar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!