Cahangir Əsgərovun həyat yoldaşı vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Cahangir Əsgərovun həyat yoldaşı vəfat etdi

Hadisə

17 Yanvar 2025 18:34 3713


Genetika və profilaktik tibb elmləri doktoru, "Gazelli Group"un təsisçisi və prezidenti Zərifə Həmzəyeva vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu barədə "Premium Bank"ın sosial şəbəkədəki rəsmi səhifəsində məlumat yayımlanıb.

"Dərin hüzn və böyük kədər hissi ilə bildiririk ki, genetika və tibbi profilaktika üzrə elmlər doktoru, hörmətli Zərifə Həmzəyeva aramızdan əbədi olaraq ayrılıb. Ailəsinə, yaxınlarına və onu tanıyan hər kəsə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin" , - paylaşımda deyilir. Sezar pizza

Qeyd edək ki, Zərifə Həmzəyeva "Caspian Energy Club"un İdarə Heyətinin üzvü olub. O, həmçinin "Gazelli Group"un təsisçisi və prezidenti idi.

Xatırladaq ki, Zərifə Həmzəyeva "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) sabiq prezidenti Cahangir Əsgərovun həyat yoldaşı olub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • İlahe
    Daha iki gün önce Azerbaycan milyonçu xanımı olduğunu oxumuşdum.Allah rəhmət etsin
    1 year ago