Cahangir Həsənov yüksək vəzifəyə təyin edildi

saytların hazırlanması

Evə çatdırılma

Cahangir Həsənov yüksək vəzifəyə təyin edildi

Maraqlı

25 Mart 2023 13:49 3020


Sabunçu Tibb Mərkəzinə yeni direktor təyin edilib.

Yenisabah.az "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb. Əmrə əsasən, Mərkəzin direktoru vəzifəsinin icrası Cahangir Həsənova həvalə edilib. O, buna qədər həmin tibb müəssisəsində direktor müavini olub.

Qeyd edək ki, Sabunçu Tibb Mərkəzinin sabiq direktoru, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun qardaşı Fikrət Zeynalov bir neçə gün öncə vəzifəsindən azad edilmiş, 8 saylı Birləşmiş Şəhər Xəstəxanasının direktoru təyin olunmuşdu. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!