"İnter"də yaxşı mövsüm keçirən Hakan Çalhanoğluya Səudiyyə Ərəbistanından təklif gəlib.
Yenisabah.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, "Əl-Hilal" türkiyəli yarımmüdafiəçini heyətə cəlb etmək istəyir.
Ərəblər 29 yaşlı futbolçuya illik 18 milyon avro təklif ediblər. Ancaq o, bundan imtina edib. "Əl-Hilal"ın mövsümün sonunda Hakana yeni bir təklif göndərəcəyi bildirilir. Dominos pizza
Qeyd edək ki, "Əl-Hilal"da Neymar, Aleksandr Mitroviç, Milinkoviç Saviç, Koulibali kimi ulduz futbolçular çıxış edir.
Bu mövsüm "İnter"də 21 oyuna çıxan Çalhanoğlu 8 qol vurub, 3 məhsuldar ötürmə edib.
Telegram kanalımız