“Caliber”: Azərbaycan və Pakistan dağ poliqonlarından birgə istifadə barədə razılaşıb   - Video

saytların hazırlanması

Evə çatdırılma

“Caliber”: Azərbaycan və Pakistan dağ poliqonlarından birgə istifadə barədə razılaşıb - Video

Rəsmi

29 İyun 2021 22:44 985


“Caliber”in “YouTube” kanalında yayımlanan növbəti süjet Azərbaycan və Pakistan hərbi əməkdaşlığına həsr olunub.

“İyunun 22-də Moskvada IX Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikası Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevlə Pakistan Müdafiə nazirinin müavini general-leytenant Mian Məhəmməd Hilal Hüseyn arasında görüş baş tutub. Görüş zamanı tərəflər iki ölkə orduları arasındakı əlaqələrin genişləndirilməsi və hərbi əməkdaşlığın əsas istiqamətləri barədə fikir mübadiləsi aparıblar”, - deyə videomaterialda bildirilir.

Süjetdə həmçinin, Pakistan ordusu Baş komandanının Azərbaycana səfərinin yekunları barədə də məlumat verilir. pizza

Daha ətraflı “Caliber”in yeni süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!