“Caliber.Az” Ermənistan MTX-nin nəfəsini kəsib: “Ermənistandakı desantımız haqqında...” - Video

saytların hazırlanması

Evə çatdırılma

“Caliber.Az” Ermənistan MTX-nin nəfəsini kəsib: “Ermənistandakı desantımız haqqında...” - Video

Maraqlı

19 May 2022 20:14 1445


Təxminən iki həftədir Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyatçıları sözün əsl mənasında burunları ilə yer qazıb, Caliber.Az jurnalistlərinin “daşlar diyarı”na səfər etməsi faktını araşdırıblar.

Yenisabah.az xəbər verir ki, bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetdə bildirilib.

“Əldə etdiyimiz məlumata görə, Caliber.Az-ın əməkdaşlarının hazırladığı reportaj həm Ermənistan cəmiyyətində, həm də hakimiyyətdə partlayan bomba effekti yaradıb. Bu, heç də səbəbsiz deyil. Ermənistana daxil olan Caliber.Az jurnalistləri ölkəni başdan ayağa gəzərək avtoxton Azərbaycan xalqının mədəni-tarixi irsinin ermənilər tərəfindən dağıdılmasına dair sübutlar toplayıblar. Pepperoni pizza

Təbii ki, xüsusi xidmət orqanlarının uğursuzluğu həmişə bezdirici, üzücüdür, lakin hətta Mossad və MKİ kimi güclü təşkilatların da uğursuzluqları olur, qaldı ki, işi yalnız rejimə etiraz edən müxalifətçilərə qarşı mübarizə aparmaq olan Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti ola”, - deyə videomaterialda qeyd olunub.

Daha ətraflı “Caliber”in yeni süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!