“Camaat suyu şırhaşır açır” deyən deputatın 10 minlik çantası -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Camaat suyu şırhaşır açır” deyən deputatın 10 minlik çantası - VİDEO

Siyasət

18 Oktyabr 2024 12:23 1029


Aparıcı, "TV Musavat"ın rəhbəri Sevinc Telmanqızı "Səhər Xəbər" verilişində Milli Məclisin deputatı Hicran Hüseynovanı sərt tənqid edib.

Yenisabah.az xəbər verir ki, S. Telmanqızı rayon camaatını israfda ittiham edən deputatın 10 min manatlıq çantasına diqqət çəkib.

Qeyd edək ki, bir neçə gün öncə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Su və gender bərabərliyi” mövzusunda konfransda qalmaqala səbəb olan açıqlama ilə çıxış edib: Dominos pizza

"Rayonlarda görürsən ki, suyu şırhaşır açırlar. Bir tərəfdən isə deyirik ki, su qıtlığı var, digər tərəfdən də belə edirlər. Məişətdə hansısa qadın sudan istifadə edir, halbuki evlərdə sayğaclar var, fikirləşmirlər ki, suyu açdımsa, bağlamalıyam. Maddi cəhətdən problem yaratsaydı, su israfını düşünərdilər. Çağırış etmirəm ki, qiyməti qaldıraq. Sadəcə, maarifləndirmə lazımdır. Ölkədə bu məsələyə ciddi diqqət var. Xüsusi istiqamət təyin olunub"./Musavat.com

Ətraflı videoda:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!